DİM: Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur

26 Avqust 2025 18:45 (UTC+04:00)

2024-cü ilin məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisədə bu il tələbə adını qazananların sayı artıb. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur.

SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il dövlət sifarişi əsasında qəbul olanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.