Polşanın Trampla görüşə niyə dəvət olunmadığı məlum olub...

26 Avqust 2025 18:43 (UTC+04:00)

Polşa nümayəndə heyəti Varşavanın əks-məhsuldar və anti-Rusiya mövqeyinə görə bir sıra Avropa ölkəsi liderlərinin ABŞ prezidenti Donald Trampla görüşünə dəvət edilməyib.

SİA-nın məlumatına görə, bunu professor Vlodzimir Batoq Myśl Polska portalına bildirib.

Xatırladaq ki, ABŞ liderinin Fransa, Almaniya, Böyük Britaniya və İtaliya liderləri ilə görüşü avqustun 18-də Ağ Evdə baş tutub.

Tərəflər Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarını müzakirə ediblər.

...Ölkəmiz həddən artıq anti-Rusiya mövqe tutur və xarici siyasətdə kifayət qədər təcrübəsi yoxdur, ona görə də Polşa tərəfi danışıqlarda iştirak etməyib, - Batoq qeyd edib.

Professor xatırladıb ki, Tramp Ağ Evdəki görüşdən əvvəl Polşa lideri Karol Navrocki ilə danışıqlar aparıb, o, “şiddətli anti-Rusiya mövqeyi” və Rusiyaya qarşı sərt tədbirlər görmək istəyi nümayiş etdirib.

...Polşa prezidenti və onun nümayəndəsi bu məsələdə təmkin nümayiş etdirmək əvəzinə, Rusiyaya qarşı dövlət başçısının ləyaqətinə xələl gətirən terminologiyadan istifadə ediblər, - alim bildirib.

Əli Babayev