Qərb ölkələrinin nümayəndələri Tbilisinin Moskva ilə hərbi münaqişəyə girəcəyi təqdirdə Gürcüstan hakimiyyətinə silah tədarükü ilə təmin olunacağına söz veriblər, hakim “Gürcü arzusu” partiyasının baş katibi, Gürcüstan paytaxtının meri Kaxa Kaladze bildirib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. ...Ölkədə ikinci cəbhə açmaq məqsədi ilə baş nazirin kabinetində birbaşa təhdidlər, şantaj və təhqirlər eşidildi. Söz verir ki, biz sizə hər şeydə kömək edəcəyik, lazımi avadanlıqla təmin edəcəyik və sairə...
Bunu Kaladze bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əlində Qərbin şantajı ilə bağlı sübutlar var, lakin hələlik bunu açıqlamaq niyyətində deyillər.
Eyni zamanda o, əlavə edib ki, avropalılar Tbilisini şantaj etməkdə davam edirlər: bu dəfə onlar vizasız rejimi dayandırmaqla hədələyirlər.
Bundan əvvəl Kaladze bildirmişdi ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski respublikada repressiyalara dair dediklərinə görə ölkədən qovulmalıdır.
Mer hesab edir ki, diplomat öz statusundan istifadə edərək Gürcüstana zərər vurmağa çalışır, yuxarıdan ona deyilənləri edir.
Əli Babayev