Ağstafada meşə sahəsində yanğın başlayıb

26 Avqust 2025 16:17 (UTC+04:00)

Ağstafanın meşə sahəsində yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda böyüməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsi əsasən qışlaq kimi istifadə olunur.