Rusiya ilə Azərbaycan arasında iqtisadi ittifaq güclənir və bu, Moskvanın Bakıya ciddi marağının davam etdirməsi və artması deməkdir. Ola bilsin ki, yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin tədricən istiləşməsinin hələ çoxları şahidi olacaqlar. Xüsusən də ermənilər bu hadisələrin şahidi olduqca özlərini quyunun dibindəki kimi hiss edirlər və çox narahat olduqlarını da gizlətmirlər. Bu, məhz Azərbaycanın uğurlarından doğan erməni narahatlığıdır...
Bəli, həqiqətən də arzularını reallıqdan ayıra bilmək vacib şərtdir və qaçılmazdır. Məsələ burasındadır ki, belə bir “qabiliyyətin” olmaması böyük problemlərə səbəb ola bilər və bu gün erməni cəmiyyəti bunu daha yaxşı hiss etməkdədir. Məsələn, konkret bir misal üzərində düşündükdə məsələnin nə yerdə olduğu bəlli olur. Diqqətə çatdıraq ki, erməni cəmiyyətində və siyasi dairələrində, ələlxüsus da Ermənistana məxsus mətbuat səhifələrində məhz tez-tez “Rusiya Cənubi Qafqazı nəhayət ki, itirdi” ifadəsi ilə rastlaşmaq olar. Ancaq son hadisələr göstərir ki, bu cür fikirlər, iddialar sadəcə olaraq, reallıqdan daha çox arxayınlığa meyil etməyə həvəsli toplumun arzularıdır.
Haylar özləri də şahidi oldular ki, avqustun 23-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri, Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub. Şahidi oldular ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyin geniş spektrini, yəni, əməkdaşlığın siyasi, iqtisadi, humanitar aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər, hansı ki, bu barədə mətbuat səhifələrimizdə də qeyd olunub. Elə məhz bu şəkildə qeyd olunması da görünür, hayları qıcıqlandırıb. Məsələ burasındadır ki, bu cür müntəzəm təmasların olması faktının özü belə göstərir ki, Moskva və Bakı məhz hayların arzuladıqları “uzaqlaşmanın” əvəzinə, daha da yaxılaşmaqdadır. Xüsusən də, ötən günlərdə Həştərxanda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçirilməsi özü də ermənilərin əhvalını kifayət qədər pozub. Baş nazirin müavinləri Aleksey Overçukun və Şahin Mustafayevin məhz komissiyanın 23-cü iclasının yekunlarına dair protokol imzalamaları da hayları narahat etməyə başlayıb.
Diqqətə çatdıraq ki, qeyd olunanlar qətiyyən formallıq deyil, əksinə, iqtisadi əlaqələrin dərinləşməsi üçün konkret vasitələrdir. Rusiya tərəfinin özünün belə məlumatına görə, hazırda Azərbaycanda Rusiya kapitallı 1800-ə yaxın şirkət fəaliyyət göstərir. Bundan başqa, elə yenə də Rusiya tərəfinin yaydığı məlumata əsasən, Rusiya Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 10%-ni təmin etməklə Azərbaycanın üç ən böyük ticarət tərəfdaşı sırasındadır. Belə görünür ki, Azərbaycanın real addımları məhz Rusiya ilə getdikcə daha sıx əməkdaşlığa səbəb olur və gələcək perspektivlərdən xəbər verir. Ələlxüsus da iqtisadi birlik güclənir və bu da o deməkdir ki, Moskva Azərbaycana bundan sonra da ciddi şəkildə daha artıq maraq göstərəcək və bu maraq da öz növbəsində münasibətlərə müsbət istiqamətdə təsirsiz ötüşə bilməz. Hətta hayları ən çox narahat edən odur ki, yaxın gələcəkdə Rusiya və Azərbaycan olmaqla, iki ölkə arasında münasibətlərin tədricən “istiləşməsi” fonunda özlərini tamamilə kənarda görürlər.
Bir müddətdir ki, ermənilər məhz əvvəllər qeyri-mümkün hesab etdikləri bir şeyin mümkün olduğunu gördüklərinə görə narahatdırlar. Ona görə narahatdırlar ki, Azərbaycanla Rusiya arasında yaratmaq istədikləri soyuqluğun əksini görürlər. Başa da düşürlər ki, nəinki hansısa anlaşılmazlıq, uydurduqları soyuqluqlar belə keçmişdə qalmaqda, arxivə atılmaqdadır. Həm də məhz rus təbliğatçılarının bundan sonra Azərbaycandan “güclü və müstəqil dövlət” nümunəsi kimi danışacaqlarından belə haylar qorxuya düşüblər. Çünki bilirlər ki, həqiqətən də Azərbaycan bir müstəqil dövlər olaraq, nümunədir və bunu da ruslar gec-tez etiraf etməli olacaqlar. Belə çıxır ki, haylar bunu heç zaman istəməyiblər və bu vəziyyət onları olduqca narahat edir.
Məntiqi olaraq belə bir sual yaranır ki, görəsən Ermənistan nə fikirləşir? Görəsən, erməni cəmiyyəti nə etməlidir bu məqamda? Əslində, haylar da yaxşı bilirlər ki, birtərəfli şəkildə Qərbə meyl etmək bu vaxta qədər qətiyyən özünü doğrulda bilməyib. Haylar indi də elə hesab edirlər ki, guya həm Rusiyanın maraqlarını, həm də Avropanın imkanlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət qurmaq daha ağıllı olardı. Hesab edirlər ki, ancaq bunun üçün başqa bir hökumət lazımdır. Yəni, Parisdən və Brüsseldən sifariş almağa öyrəşmiş bir hökumət deyil, ölkənin milli maraqlarını və strateji gələcəyini düşünən hökumət nəzərdə tutan bir hökumət.
Məsələ burasındadır ki, Azərbaycandan fərqlin olaraq, ermənilər istədikləri hökuməti, hakimiyyəti özlərində görə bilmirlər. Sadəcə olaraq, indi sırf nəzəri əsaslarla düşünürlər. Hətta onu da düşünürlər ki, onlarda Ermənistanın bütün mümkün milli maraqlarına çoxdan xəyanət edən bir hökumət mövcuddur, lakin ondan başqasına da ümidləri belə yoxdur. Ona görə də zənn edirlər ki, ümummilli müqavimət görməyərək, məhz həmin hökumət də bu istiqamətdə, yəni uyğunsuz şəkildə fəaliyyətini davam etdirməkdədir. Artıq “Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının Ermənistan üçün çox faydalı olması” haqda söhbətləri eşitdiklərində də lap sıxılırlar. Hər zaman özləri üçün düşmən bəllədikləri ölkələrlə, bir millətlə münasibətlərdən fayda anlayışı belə onları bərk qıcıqlandırır. Məhz bu fonda da özlərini bundan sonra da uduzan tərəf hesab etməkdədirlər. Doğrudur, həqiqətən də istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlər fonunda Ermənistanın bu vaxta qədər dirəndiyi dalandan çıxması üçün əsas şərtdir, amma məsələ burasındadır ki, bunu haylar nə başa düşmürlər, nə də başa düşmək istəmirlər. Elə buna görə də narahatlıqlarını qətiyyən gizlədə bilmirlər.
Əslində, tarix boyu Azərbaycanın uğurlarının və nailiyyətlərinin erməniləri qıcıqlandırdığı və narahat etdiyi danılmazdır. Çünki uzun illər boyu xalqımız bunun şahidi olub. İstər Sovet hakimiyyəti dövründə, istər ondan əvvəlki dönəmdə və istərsə də müstəqillik dönəmində Azərbaycanın qələbələri, uğurları haylar üçün baş ağrısından, narahatlıqdan başqa bir şey olmayıb. Səbəb də bəllidir. Bəlli olan odur ki, haylar məhz özlərinə düşmən kimi gördüklərinin uğurlarından qətiyyən rahatlıq tapa bilmirlər. Hər zaman da məğlubiyyət açısı ilə yaşayaraq, daim narahatlıq keçirirlər. Halbuki, mehriban qonşuluq münasibətləri qurmaqla, düşmənçiliyə son qoymaqla bu narahatlıqdan yaxa qurtara da bilərlər. Görünür, hələ də yaxa qurtara bilməyiblər. Çünki nə Azərbaycanı bundan sonra da uğurlardan məhrum edə bilən deyillər, nə də düşmənçilik hissinə qalib gələ, sülh şəraitində yaşamaq istəyinə sahib çıxan olmayıblar deyə hələ də narahatlıqları davam etməkdədir. Ümumiyyətlə, çiçəklənməkdə, dünya ölkələri ilə münasibətlərini, əlaqələrini, əməkdaşlıqlarını daha da yaxşılaşdırmaqda və buna görə də inkişafda olan ölkəmizin, Azərbaycanın uğurlarından doğan erməni narahatlığı göz önündədir.