"Zirə"nin futbolçusu əməliyyat olunub

26 Avqust 2025 14:52 (UTC+04:00)

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub. Klubdan SİA-ya verilən məlumata görə, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.