"Ukraynaya hər il 9 milyard ayıracağıq”

26 Avqust 2025 05:49 (UTC+04:00)

Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək. SİA “Ukrainska pravda”ya istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib. “Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük. Bu, hökumət tərəfindən razılaşdırılıb”, - o qeyd edib.