Tramp bu ölkəni 200 faiz vergi ilə təhdid etdi

26 Avqust 2025 04:17 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çini 200 faiz vergi ilə təhdid edib. SİA xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Çinin ABŞ-a maqnit verməli olduğunu deyib. “Əks halda, onlara 200 faiz tarif və ya başqa bir şey tətbiq etməliyik", - Tramp bildirib. Xatırladaq ki, Çin ABŞ-ın tarif artımlarına cavab olaraq aprel ayında ixrac məhdudiyyətləri siyahısına bir neçə nadir torpaq elementi və maqniti əlavə edib.