Yarış vaxtı qəzaya düşdü

26 Avqust 2025 04:00 (UTC+04:00)

Fransanın “Groupama FDJ” komandasının velosipedçisi Qillam Martin Qiionne İspaniya Vueltasının ikinci mərhələsində yıxılaraq iki fəqərəsini qırıb. SİA xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Hadisə avqustun 24-də, bazar günü baş verib. Daha ətraflı məlumat verilməyib. Veloyürüş sentyabrın 14-də başa çatacaq və idmançılar 21 mərhələ qət edəcəklər.