Qəbələdə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb...

25 Avqust 2025 18:17 (UTC+04:00)

Qəbələ şəhərində iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 51 yaşlı İlham Abdurazakov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.