Tramp Cənubi Koreyadakı vəziyyətdən qəzəblənib...

25 Avqust 2025 18:34 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, Cənubi Koreyadakı vəziyyət “təmizləmə”ni xatırladır.

SİA-nın məlumatına görə, bu barədə o, “The Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

...Cənubi Koreyada nə baş verir? Bu, "təmizləmə" və ya inqilab kimi görünür. Biz buna icazə verə və orada iş apara bilmərik.

Bunu Amerika lideri vurğulayıb.

Siyasətçi əlavə edib ki, avqustun 25-də Ağ Evdə Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonqla görüşəcək. Avqustun 23-də Cənubi Koreya əsgərləri tərəfindən on xəbərdarlıq atəşi açıldıqdan sonra KXDR Cənubi Koreyanı sərhəddə “ciddi təxribatda” ittiham edib.

Şimali Koreya qoşunları səddlər quraraq, silahsızlaşdırılmış zonanı qısa müddətə keçib.

Pxenyan Seula mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib.

Sonradan məlum olub ki, bu yaxınlarda 30-a yaxın KXDR hərbçisi Koreyalararası sərhədi keçib, bundan sonra Cənubi Koreyada xəbərdarlıq atəşi açılıb.

UNC (Birləşmiş Millətlər Komandanlığı, Cənubi Koreyada ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli komandanlıq) sözçüsü Şimali Koreya əsgərlərinin keçən həftə tikinti və təmir işləri apardığını bildirib. Onlar təşkilatı əvvəlcədən məlumatlandırıblar, lakin sərhəddə Cənubi Koreya əsgərlərinin xəbərdarlığına cavab verməyiblər.

Əli Babayev