Rusiyada yeni növ koronavirus "Stratus"a yoluxanların sayı artır. Viroloq Yelena Malinnikova xəstəliyin əlamətlərindən danışıb və infeksiyadan qorunmaq üçün tövsiyələr verib. Bundan əvvəl Rospotrebnadzorun rəhbəri Anna Popova bildirmişdi ki, Rusiyada yeni növ koronavirus "Stratus"a yoluxanların sayı 300 nəfəri keçib.
Məlumatı Səhiyyə Nazirliyinin Rusiya Tibb Akademiyasının Virusologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Yelena Malinnikova təsdiqləyib.
Ekspert aydınlaşdırıb ki, halların yarısında xəstələr şəhərlərdə, əsasən də Moskvada müəyyən edilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, RT-yə müsahibəsində Malinnikova xatırladıb ki, ştamm ilk dəfə 2025-ci ilin yanvarında müəyyən edilib.
İyunun sonunadək dünyanın 38 ölkəsində xəstələr qeydiyyata alınıb. Eyni zamanda məlumdur ki, “Stratus” “omicron”un mutasiyaya uğramış versiyasıdır.
Daha çox yoluxucu olub və kəskin respirator infeksiyaların simptomlarına səbəb olur.
…Bu, qızdırma, öskürək, baş ağrısı, şiddətli zəiflikdir. Xüsusiyyət səsin itənə qədər boğulmasıdır. Bu, virusun yeni variantı üçün xarakterikdir, - o deyib.
Xəstəliyin daha çox yüngül formada keçməsinə baxmayaraq, virusoloq ştammın immuniteti zəifləmiş və xroniki xəstəlikləri olan insanlar, eləcə də yaşlı vətəndaşlar üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Nazlı Almuradova