Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub

25 Avqust 2025 16:05 (UTC+04:00)

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA-nın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək.

Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn Malayziya vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.