Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb. SİA AFFA-nın saytına istinadən məlumatına görə, siyahıya ikisi qapıçı olmaqla ümumilikdə 12 oyunçu əlavə edilib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Kamil Hüseynov
Qeyd edək ki, turnir sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində təşkil olunacaq. B Liqasının A qrupunda yer alan Azərbaycan millisi Belçika və Litva ilə üz-üzə gələcək.
Millimizin oyunlarının təqvimi:
11 sentyabr
16:00. Azərbaycan – Belçika
12 sentyabr
12:15. Litva – Azərbaycan
Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarətdir. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.