"Şuşa" yeni futzalçılarla anlaşıb, klubun loqosu dəyişib

25 Avqust 2025 11:19 (UTC+04:00)

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin loqosunu dəyişib. SİA-nın məlumatına görə, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.

Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.

Klub həmçinin yeni mövsümə yeni loqo ilə start verəcək.