Nyu-York əmtəə birjasında təbii qaz ucuzlaşıb

25 Avqust 2025 10:52 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,71% azalaraq 2,752 ABŞ dolları təşkil edib.