Dünya bazarlarında neft cüzi ucuzlaşıb

25 Avqust 2025 12:20 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0.09% azalaraq 1 barelə görə 67,16 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,02% azalaraq 63,65 ABŞ dollarına bərabər olub.