Şəkidə yeniyetmə ürək çatışmazlığından ölüb

25 Avqust 2025 10:45 (UTC+04:00)

Şəki rayonunda 11 yaşlı yeniyetmə ürək çatışmazlığından ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.