"Məni daşıya biləcək kişi yoxdur" - Roza

25 Avqust 2025 02:40 (UTC+04:00)

"Üç ildir sevgilim yoxdur. Çünki məni daşıya biləcək kişi yoxdur". SİA xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Həftənin qonağı" verilişində deyib. Sənətçi üç ildir tək olduğunu bildirib: "Sözü düzgün və üzə deyən qadından qorxmaq lazım deyil. Oları sevmək, dost olmaq lazımdır. Bu xasiytətimə görə isə kişilər məndən qorxur. Ona görə də üç ildir şəxsi həyatımda təkəm. Çünki məni daşıya biləcək kişi yoxdur".