Liviyada silahlı toqquşma olub - 12 nəfər öldü

25 Avqust 2025 01:29 (UTC+04:00)

Liviyanın paytaxtı Tripolinin qərbində baş verən silahlı toqquşmalarda azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Əl Hadat” telekanalı məlumat yayıb.

Məlumata görə, toqquşma naməlum silahlı qruplaşmanın Liviya Milli Razılıq Hökumətini dəstəkləyən 55-ci briqadanın komandiri Müəmmər əl-Dəviyə sui-qəsd cəhdindən sonra baş verib.