Superliqa: “Qalatasaray” səfərdə üç xala sevinib

25 Avqust 2025 00:39 (UTC+04:00)

Türkiyə Superliqasında üçüncü turun növbəti oyunu keçirilib. SİA xəbər verir ki, son çempion "Qalatasaray" səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Erən Elmalı (2 qol), Viktor Osimhen və Leroy Sane vurublar.