Çinin Haynan kurortunda bir çox otellər elektrik enerjisini itirib, bəziləri isə susuz qalıb.
SİA-nın məlumatına görə, RT rusiyalı turistlərə istinadən xəbər verir ki, buna səbəb bölgədə tüğyan edən “Kajiki” qasırğası olub.
Çin adasının cənubunda istirahət edənlər fırtına ilə birinci əllə mübarizə aparmalı olduqlarını bildiriblər. Güclü külək otellərdən birinin qapısını uçurdu.
Turistlər vəziyyəti belə izah ediblər: "Hamımız hamamda gizlənirik, pəncərələrə yaxınlaşmağa qorxuruq. Otel işçiləri özləri qorxurlar, amma bacardıqları qədər kömək edirlər. Pulsuz su paylayırlar".
Onların sözlərinə görə, otel otaqlarını su basıb. Binanın girişini ağaclar bağladığından turistlərdən biri kolluqların arasından otağa çıxmaq məcburiyyətində qalıb.
Meteoroloqlar tayfunun hazırda qərbə, Tayland, Vyetnam və Laosa doğru irəlilədiyini deyirlər.
Yaxın günlərdə pis hava şəraitinin artması gözlənilir.
Əli Babayev