...Keçən həftə Tramp administrasiyası Ukraynaya 3350 Uzadılmış Mənzilli Hücum Sursatının (ERAM) havadan buraxılan raketlərin satışını təsdiqləyib.
SİA-nın məlumatına görə, bunu “Wall Street Journal”-a iki ABŞ rəsmisi bildirib.
Onlar bildiriblər ki, raketlərin təxminən altı həftəyə çatacağı gözlənilir.
Əsasən Avropa ölkələri tərəfindən maliyyələşdirilən və digər maddələr də daxil olmaqla 850 milyon dollarlıq silah müqaviləsi Trampın Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə zirvə görüşündən sonraya qədər təxirə salınıb.
Bir sıra ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna 241-451 km məsafəyə malik ERAM-lardan istifadə etmək üçün Pentaqonun icazəsinə ehtiyac duyacaq.
Qeyd edək ki, ERAM, Raytheon tərəfindən hazırlanmış, iki mərhələli, yer-hava tipli raketdir, su və quru üzərində müasir təyyarələrə və İHA-lara, helikopterlərə və gəmi əleyhinə qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur.
Əli Babayev