“Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb - FHN

24 Avqust 2025 13:48 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.