"Sədərək”dəki yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınması üçün tədbirlər görülür - YENİLƏNİR

24 Avqust 2025 13:15 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.