Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.
Fakt araşdırılır.