"Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis hadisə yerinə cəlb edilib - DİN

24 Avqust 2025 12:17 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.