Rusiyada Yer yerindən oynadı

24 Avqust 2025 09:18 (UTC+04:00)

Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb. Zəlzələ Petropavlovsk-Kamçatskidən 178 km aralıda baş verib. Yeraltı təkanların dərinliyi 49 km olub.