Nadir Qafarzadənin evində toy olacaq

24 Avqust 2025 05:47 (UTC+04:00)

Müğənni Nadir Qafarzadənin evində toy olacaq. SİA-nın əldə etdiyi məlumata görə sənətçinin oğlu Əziz sevdiyi xanımla ailə qurmağa hazırlaşır. Toy sentyabr ayının ilk həftəsində baş tutacaq.

Xatırladaq ki, Əziz atası kimi müğənniliklə məşquldur. O, Rusiya şou-biznesinə qoşularaq klip də çəkdirmişdi.