Rus əsgər Norveçdən sığınacaq istəyir...

23 Avqust 2025 19:15 (UTC+04:00)

Rusiya əsgəri qeyri-qanuni yollarla Norveçə daxil olub və sığınacaq istəyib.

SİA xəbər verir ki, bu barədə “Dagbladet” qəzeti məlumat yayıb.

...Sərhədi keçdikdən sonra o, özü yerindəcə Norveç hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, - vəkil Trond Biti bildirib.

Həmin şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, Finmarkanın Qrense Yakobselv limanı vasitəsilə ölkəyə qanunsuz daxil olub.

Biti dəqiqləşdirib ki, kişi piyada, hasardan sərhədi keçib. Vəkil həmin şəxsin əvvəllər Rusiya ordusunda xidmət etdiyini və Ukraynada olduğunu da təsdiqləyib.

Əsgər hazırda Norveç hakimiyyət orqanları tərəfindən dindirilir.

Avqustun əvvəlində TASS mənbələrə istinadən yazıb ki, getdikcə daha çox rus əsirliyində qalan ukraynalı əsgərlər vətənlərinə qayıtmaqdan imtina edir və Rusiya Federasiyasından sığınacaq istəyirlər.

Jurnalistlərin sözlərinə görə, bu tendensiya hərbi əsirlərin sorğuları zamanı qeydə alınıb. Eyni zamanda, məhbusların bir qisminin yenidən səfərbər olma riskinə baxmayaraq, geri qayıtmağa hazır olduqları qeyd edilib.

Əli Babayev