Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

23 Avqust 2025 19:03 (UTC+04:00)

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.