Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib

23 Avqust 2025 17:15 (UTC+04:00)

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. SİA xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.

Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.

Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar

Qeyd edək ki, Bakıda keçiriləcək turnir avqustun 22-dən 24-dək davam edəcək.