Azərbaycan və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

23 Avqust 2025 15:17 (UTC+04:00)

Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə görüşüb. Bu barədə SİA Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər.

Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.