Kiyevdə partlayış səsləri eşidilir

23 Avqust 2025 14:50 (UTC+04:00)

Ukrayna paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib, partlayış səsləri eşidilir. Bu barədə SİA yerli KİV-ə istinadən xəbər verir.

KİV paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq edir.

Öz növbəsində şəhərin meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib.

“Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın!”, - Kliçko teleqramda yazıb.