Bu səfər Azərbaycanın siyasi, iqtisadi və sosial gücünün növbəti real göstəricisidir

23 Avqust 2025 13:15 (UTC+04:00)

21 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Kəlbəcərə növbəti dəfə səfər etdilər. Bu səfər də çox sayda önəmli tədbirlərlə yadda qaldı və əbədi olaraq qürur tariximizə yazıldı.

Cənab Prezident və xanım Mehriban Əliyeva Kəlbəcərin ilk çoxmərtəbəli və fərdi yaşayış kompleksini ziyarət etdilər, uzun ayrılıqdan sonra öz doğma yurd-yuvasına geri dönən kəlbəcərlilərlə görüşdülər, onlara yeni inşa efilən mənzillərin açarlarını təqdim etdilər .

Səfər çərçivəsində eyni zamanda şəhərin üçüncü və dördüncü yaşayış komplekslərinin təməli qoyuldu. Bu iki kompleksdə 1500-ə yaxın mənzil inşa ediləcək. Təqribi 20 hektara yaxın ərazidə yaşayış kompleksləri ilə birlikdə
idman meydançaları, uşaq oyun sahələri, istirahət və yaşıllıq zonalarının inşası planlaşdırılmışdır.

Prezident İlham Əliyev elə həmin gün yeni şəhər parkının təməlini qoydu. 11 hektar ərazini əhatə edəcək bu parkın əksər hissəsində böyük yaşıllıq zolağı, eyni zamanda ictimai, mədəni və istirahət zonaları, idman və ekstremal əyləncə sahələri, amfiteatr və s. müasir tipli komplekslər inşa ediləcəkdir.

Səfər çərçivəsində Kəlbəcər rayonunun
Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyalarının, Toganəli–Kəlbəcər–İstisu yolu üzərindəki Murovdağ tunelinin (uzunluğu ~11.7 km) texniki açılışı həyata keçirildi. Bu layihə Azərbaycanda yol infrastrukturunun inkişafına əhəmiyyətli bir töhfədir .

Prezident "Balland " – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazasının da açılışlnı etd. Burada bal və bal məhsullarının “Made in Azerbaijan” brendi altında beynəlxalq bazarlara çıxışının və onlayn satış platformasının yaradılması planlaşdırılır.

Səfəri maraqlı, unudulmaz edən cəhətlərdən biri də Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın səfər barədə sosial media platformalarında geniş ictimaiyyətlə paylaşımlarıdır.

Bu səfər sadəcə bir gündə baş verməyən tədbirlər silsiləsidir — bu, Azərbaycanın “Böyük Qayıdış” strategiyasının Kəlbəcərə reallaşdırılması istiqamətində nə qədər məqsədyönlü addımlar atdığını göstərir. Mənzillərin verilməsi, parkın, yaşayış komplekslərinin, infrastruktur layihələrinin və kənd təsərrüfatı müəssisələrinin açılışı bu siyasətin tərkib hissələridir. Bu səfər, həm də Azərbaycanın siyasi, iqtisadi və sosial gücünün növbəti real göstəricisidir .

Jalə Əliyeva
Millət vəkili,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini