Avtobus kanala aşdı - ölən və yaralananlar var

23 Avqust 2025 01:13 (UTC+04:00)

ABŞ-nin Nyu-York ştatında tur avtobusu aşıb. SİA CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Belə ki, turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdırdılar. İçərisində 50 sərnişin olan avtobus magistral yolda yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəbdən idarəetməni itirib və avtobus sürüşərək kanala aşıb. Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.