Ukrayna Avropa İttifaqından yeni maliyyə yardımı tranşı alıb

23 Avqust 2025 02:21 (UTC+04:00)

Avqustun 22-də Ukrayna iki proqram çərçivəsində Avropa İttifaqından yeni maliyyə yardımı tranşı alıb. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə, Ukrayna öz tərəfdaşlarından 4,05 milyard avro alıb, bunun 1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına “ERA Loans” çərçivəsində, 3,05 milyard avro isə bərpa və inteqrasiya üçün “Ukraine Facility” çərçivəsində verilib.

“Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir. Avropalı tərəfdaşlarımıza təşəkkür edirik. Biz birlikdə güclü və vahid Avropada Ukraynanın gələcəyinə doğru inamla irəliləyirik”, - deyə Sviridenko əlavə edib.

Ukrayna Milli Bankı bu il rekord məbləğdə (təxminən 55 milyard dollar) xarici maliyyə yardımının ediləcəyini proqnozlaşdırır.