Oğrular rus polisini döyməyə çalışıblar və qaçıblar...

22 Avqust 2025 19:15 (UTC+04:00)

Leninqrad vilayətində kişilər mağazadan siqaret oğurlayıb qaçarkən patrul maşınına çırpılıblar.

SİA-nın məlumatına görə, bu barədə “112” Telegram kanalı yazıb.

Hadisə Nikolskoye kəndində baş verib. Cinayətkarlar supermarketin qapısını sındıraraq, 80 min rubl dəyərində siqaret qutularını götürüb, sonra isə avtomobillə qaçmağa cəhd ediblər.

Telekanalın məlumatına görə, onların yolunu patrul maşını kəsib. Daha sonra oğrular maşındakıları döymək qərarına gəliblər, lakin... qaçıblar və yol kənarındakı xəndəyə düşüblər və orada da saxlanılıblar.

Bundan əvvəl Moskvada polis 36 min rubl dəyərində 200 qutu kərə yağı oğurlayan 30 yaşlı kişini saxlayıb.

Əli Babayev