Azərbaycan, Türkmənistan və Özbəkistan mühüm geostrateji mövqeyə malikdir

22 Avqust 2025 18:10 (UTC+04:00)

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.

SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib.

“Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.