Türkiyə Qara dənizdə Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəyini ifadə edib.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ankara “istəklilər koalisiyası”nın son iclasında müvafiq təklif irəli sürüb.
Zelenski NATO-nun baş katibi Mark Rutte ilə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib: "Onlar dedilər: "Biz dəniz baxımından Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istəyirik. Biz peşəkarıq, Qara dənizdə necə kömək edəcəyimizi bilirik".
Eyni zamanda o əlavə edib ki, təhlükəsizlik zəmanətlərinin verilməsində kimin iştirak edəcəyi barədə danışmaq hələ tezdir.
Zelenskinin sözlərinə görə, əvvəlcə “kim, necə və nə ilə kömək edə bilər” sxemini hazırlamaq lazımdır.
O, həmçinin hesab edir ki, Ukraynaya verilən təminatlar NATO-nun alyans üzvlərindən birinə hücumu hamıya hücum kimi qiymətləndirən beşinci maddəsinə bənzəməlidir. Zelenski əmindir ki, bu, effektivdir və Kiyevin istədiyi nəticə məhz budur.
Əli Babayev