Kolleclərə qeydiyyat tarixi uzadılıb

22 Avqust 2025 16:42 (UTC+04:00)

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi avqustun 25-dək (saat 18:00) uzadılıb. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.