"Neftçi" ABŞ-li basketbolçu ilə müqaviləni yeniləyib

22 Avqust 2025 17:00 (UTC+04:00)

“Neftçi” ABŞ-li basketbolçusunun müqavilə müddətini yeniləyib. Klubdan SİA-ya verilən məlumata görə, "ağ-qaralar" Edvard Polaytla yenidən birillik müddətə anlaşıblar.

Qeyd edək ki, 28 yaşlı oyunçu ötən mövsüm də Bakı təmsilçisinin heyətində çıxış edib.