Astarada 47 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

22 Avqust 2025 16:39 (UTC+04:00)

Astara rayonunda 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli şübhəli bilinir. SİA-nın məlumatına görə, hadisə Astara şəhəri ərazisində baş verib.

Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57 ünvanında qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.