"Sabah" klubu heyətinə yeni basketbolçu cəlb edib

22 Avqust 2025 15:45 (UTC+04:00)

"Sabah" klubu heyətini yerli basketbolçu ilə gücləndirib. Paytaxt təmsilçisindən SİA-ya verilən məlumata görə, Hüseyn Məmmədovla "2+1" illik müqavilə bağlanıb.

2 metr boya malik oyunçunun 18 yaşı var. O, 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.