Bu ilin I yarımili ərzində respublika ərazisində 132 təbii mənşəli hadisə qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.
Bildirilib ki, hadisələr nəticəsində 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Bu il təhlükəli meteoroloji və aqrometeoroloji hadisələrin sayında azalma müşahidə olunur. Beləki, 2024-cü ildə 102 belə hadisə qeydə alınmışdısa, bu il bu göstərici 78-ə enib.