Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə sənədlər imzalanıb

22 Avqust 2025 15:05 (UTC+04:00)

Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə avqustun 22-də sənədlərin imzalanması mərasimi olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.