Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğının yayılmasının qarşısı alınıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.