İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb - FOTOLAR
22 Avqust 2025 09:55 (UTC+04:00)
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.