Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08 (UTC+04:00)

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. SİA xəbər verir ki, Türkiyə təmsilçisi "Samsunspor" səfərdə Yunanıstanın "Panatinaikos" komandası ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü bir həftə sonra Samsun şəhərində təşkil olunacaq.