Şimali Koreya gözlənilmədən zabitlərini Rusiyadan geri çağırıb...

21 Avqust 2025 18:51 (UTC+04:00)

...Bir neçə Şimali Koreya komandiri Rusiyadan qayıdıb ki, bu da KXDR-in hərbi rolunun azalmasına işarə ola bilər və Ukraynadakı müharibə ilə bağlı istənilən sülh danışıqlarında onun rolunu potensial olaraq azalda bilər.

SİA xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qəzet Şimali Koreyanın dövlət mediasında avqustun 21-də dərc olunan fotoşəkillərə istinad edir.

Fotoda ondan çox komandir Kim Çen Inın şəxsi ofisində dayanıb. Onlar Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşdüklərinə görə “qəhrəman” kimi alqışlanıblar.

The Wall Street Journal qeyd edir ki, orada olanlardan ən azı ikisi - general-polkovnik Kim Yonq Bok və general-mayor Sin Kum Çol mayın 9-da Qırmızı Meydanda keçirilən paradda Kreml lideri Vladimir Putin tərəfindən şəxsən qucaqlanıb.

Dövlət mediasının məlumatına görə, onlar Pxenyana Şimali Koreyanın xaricdəki əməliyyatda iştirakına görə ilk mükafatlandırma mərasiminə gəliblər.

Əli Babayev